RUSİYA

İstək olsa, Rusiya ilə ABŞ arasında münasibətləri normallaşdırmaq mümkündür - Putin

Rusiya lideri ABŞ-la münasibətləri qurmağa hazır olduğunu bəyan edib.
Sputnik
BAKI, 22 dekabr - Sputnik. Əgər istək olsa, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərin normallaşdırılması mümkündür, Rusiya belə bir istəyini heç vaxt itirməyib.
Bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya" kanalına müsahibəsində bildirib.
O, Rusiyanın (ABŞ-la-red) münasibətləri qurmağa hazır olduğunu söyləyib. Qeyd edib ki, münasibətlərin qurulması Rusiyanın maraqlarının zərərinə olmamalıdır.
Putin vurğulayıb ki, Qərb vəziyyəti gərginləşdirir, ona görə də Rusiya Federasiyası hər zaman istənilən çağırışa cavab verəcək.
Rusiya dövlət başçısı Üçüncü Dünya Müharibəsinin gedib-getməməsi sualına isə belə cavab verib:
"Təhlükələr artır, amma heç kimi qorxutmağa ehtiyac yoxdur".