BAKI, 22 dekabr - Sputnik. Suriyada müxalifətin 61 illik Baas rejimini devirməsindən sonra Türkiyədən Dəməşqə ilk rəsmi səfər reallaşıb.
Bu çərçivədə xarici işlər naziri Hakan Fidan Dəməşqə səfər edib və Suriyada yeni administrasiyanın rəhbəri Əhməd Şara ilə görüşüb.
Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejimi yıxılandan dərhal sonra Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə gedib.
İbrahim Kalın Dəməşqdə Əhməd Şaranın idarə etdiyi avtomobillə Əməvilər məscidinə gedərək namaz qılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bir gün əvvəl Suriya üçün yeni yol xəritəsini açıqlayıb. Ərdoğan deyib:

“Hakan Fidan gedəcək və yeni quruluşu birlikdə quracaqlar. Suriyanın gələcəyinin əsasını qoyacaq hərtərəfli bir Konstitusiya və siyasi sistemin qurulması da bu addımlar qədər zəruridir"
Əhməd əl-Şara Suriyada Bəşər Əsəd administrasiyası süqut etməzdən əvvəl Əbu Məhəmməd Qolani (bəzi mənbələrdə Colani-red) adından istifadə edirdi.