BAKI, 21 dekabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kazana PUA-nın hücumunu RİA Novosti-yə şərh edərkən Vladimir Zelenskinin terror qruplaşmasının rəhbəri olduğunu deyib və onu “Usama Ben Zelenski” adlandırdırıb.
“Usamə Ben Zelenski... Kiyev rejimi əvvəllər də terror mahiyyətini nümayiş etdirib, indi isə ondan başqası yoxdur”, - Zaxarova bildirib.
O, Zelenskinin dünya səhnəsinə çıxması ssenarisinin yeni olmadığını vurğulayıb.
Diplomatın sözlərinə görə, Usamə Ben Laden ABŞ və Böyük Britaniya tərəfindən məhz belə hazırlanıb. Eyni şeylər indi Zelenski ilə də görünür.
“İndi isə o, insanları, mülki insanları, elm adamlarını, uşaqları öldürən və mülki infrastruktura hücum edən terror qruplaşmasının rəhbəri olub. Amerikalıların, britaniyalıların və qərblilərin bu cür pullu insanları hansısa demokratlaşdırıcı adı altında necə gətirməsinin, sonra isə zahirən bu adamların belə bir ekstremist terror zirvəsinə çatmasının klassik sxemidir. Bu, birinci dəfə deyil. Ona görə də onun adı Usama Ben Zelenskidir”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.