XHƏ: 2024-cü ilin əsas nəticələri və "oyunun sonu"na dair perspektivlər
2024-ci ilin yekunları Rusiyanın hərbi təşəbbüsü tam ələ alması və Ukrayna hərbi meydanında vəziyyətin Moskvanın xeyrinə kəskin dəyişməsi ilə səciyyəvi oldu.
SputnikRusiya qoşunları Xüsusi Hərbi Əməliyyat (XHƏ) zonasında strateji təşəbbüsə inamla nəzarət edir, ön xətdə və arxa cəbhədə düşmənin şəxsi heyətini və hərbi texnikasını effektiv şəkildə məhv edir və gündə orta hesabla 30 kvadrat kilometr sürətlə irəliləyir. 2024-cü ilin sonunda Moskva Qərb ölkələrinin Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüş qabiliyyətini bərpa etməsi üçün hər hansı "atəşkəş"i istisna edir. Rusiya, Avropada və dünyada bərabər və bölünməz təhlükəsizlik sistemi formalaşdırmaq məqsədi ilə hərbi yolla Ukraynanın demilitarizasiyasına və denazifikasiyasına, Kiyev rejiminin təslim olmasına nail olmaq niyyətindədir.
Dövlət başçısı Vladimir Putinin iştirakı ilə dekabrda keçirilən Rusiya Müdafiə Nazirliyi kollegiyasının geniş iclasında 2024-cü ilin əsas yekunları açıqlanıb, müdafiə qabiliyyətinin gücləndirilməsi və Rusiya Silahlı Qüvvələrinin gələcək inkişafına dair vəzifələr müəyyən edilib. Başa çatmaqda olan il Rusiya ordusu üçün gedən il XHƏ-nin məqsədlərinə çatmaq baxımdan həqiqətən də əlamətdar olub.
Kollegiya iclasında Vladimir Putin əsas faktları və xüsusiyyətləri qeyd edib:
- bir il ərzində 4500 kvadrat kilometrdən çox ərazi və 190 yaşayış məntəqəsi azad edilib;
- hər gün 1000-dən çox insan müqavilə əsasında hərbi xidmətə gedir, il əezində bu göstərici 430 minə yaxın olub;
- 2024-cü ildə düşmən ordunun 560 min hərbçisi məhv edilib və ya yaralanıb ki, - bu da NATO-nun Ukrayna ordusuna "sərmayələrinin" nəticəsidir;
- ABŞ və kollektiv Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaq cəhdlərindən əl çəkmir, RF sərhədləri yaxınlığında NATO qoşunlarının zərbə qrupları yaradılır;
- Avropadakı Amerika qoşunlarının sayı 100 mini ötüb;
- vəziyyət Rusiya Silahlı Qüvvələrinin təkmilləşdirilməsini tələb edir, ştat səviyyəsi 1,5 milyon hərbi qulluqçuya qədər artırılıb, Leninqrad və Moskva hərbi dairələri formalaşdırılıb;
- Rusiya ÜDM-in 6,3 faizini effektiv şəkildə müdafiə qabiliyyətinin gücləndirilməsinə xərcləyir;
- strateji nüvə qüvvələrində müasir silahların payı 95 faizə çatıb.
Prezident və Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı 2025-ci il və sonrakı illər üçün on prioriteti müəyyənləşdirib:
1. Strateji nüvə qüvvələrinin döyüş potensialının inkişafı və təkmilləşdirilməsi, qeyri-strateji nüvə silahlarının daimi döyüş hazırlığının təmin edilməsi.
2. ABŞ-ın Avropa və Asiya-Sakit okean regionunda orta mənzilli raketləri yerləşdirməsinə "Hipersəs reaksiyası", buraxılışın vaxtında aşkarlanması və etibarlı ələ keçirilməsinin təmin edilməsi.
3. XHƏ təcrübəsinin qoşunların döyüş hazırlığında və hərbi universitetlərin proqramlarında tətbiqi.
4. Silahların döyüş istifadəsi təcrübəsindən yararlanaraq, silah və texnikanın inkişafı üçün prioritetləri müəyyən etmək.
5. Qoşunlara verilmiş 6500-dən çox mobil qurğunun əsasında növlərarası məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsi.
6. Döyüş robot sistemlərinin və müxtəlif pilotsuz sistemlərin istehsalında artım.
7. Müttəfiqlər və tərəfdaşlarla, yəni "dünyanın əksər ölkələri" ilə hərbi və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi.
Ukrayna hərbi meydanındakı Rusiyanın əldə etdiyi illik nəticə, nüvə təhlükəsizliyi sahəsindəki prioritetlər və müdafiə qabiliyyətinin daim gücləndirilməsi bu gün və yaxın gələcəkdə Kiyev rejimi və NATO üçün yaxşı heç nə vəd etmir.
Qarşıda çətin onillik var
Rusiyanın müdafiə naziri Andrey Belousov XHƏ zonasındakı əməliyyat vəziyyətini daha ətraflı açıqlayıb. Rusiya qoşunları "bütün döyüş təmas xətti boyunca strateji təşəbbüsü əldə saxlayır". Təkcə Kursk avantürasında 40 mindən çox əsgər itirən düşmənin döyüş potensialı qırılıb və o müdafiəyə keçmək məcburiyyətində qalıb. USQ-nin cəbhə xəttindəki bölmələrinin şəxsi heyətinin sayı ştat cədvəlinin 50 faizindən çox deyil. Bandera tərəfdarları Luqansk vilayətinin bir faizindən azına, Donbass, Zaporojye və Xerson vilayətlərinin 25-30 faizinə nəzarət edir.
Bir il ərzində xüsusi əməliyyat zonasında 18 mini xarici istehsal olmaqla, düşmənin 58 mindən çox silah və texnikası məhv edilib. Rusiyanın dəqiq silahları Ukraynanın hərbi-sənaye kompleksini və əlaqəli enerji sektorunu effektiv şəkildə "silahsızlaşdırıb". Digər tərəfdən, Rusiya müdafiə sənayesi il ərzində xüsusi əməliyyat vəzifələrini həll etmək üçün silah, sursat və hərbi texnika istehsalını əhəmiyyətli dərəcədə artırıb: piyada döyüş maşınları və zirehli daşıyıcılar - üç dəfə, tanklar - yeddi dəfə, artilleriya mərmiləri - 22 dəfə, PUA-lar - 23 dəfə.
Rusiya qoşunları hər gün 3500-dən çox pilotsuz təyyarədən istifadə edir və bu rəqəm durmadan artır. 2025-ci ilin üçüncü rübündə isə Rusiya Müdafiə Nazirliyi yeni "pilotsuz sistemlər qoşunları" yaratmağı planlaşdırır.
Andrey Belousov Rusiya hava hücumundan müdafiə qüvvələrinin yüksək effektivliyini qeyd edib: 2024-cü ildə 86 "Storm Shadow" və "Skalp" qanadlı raketləri, 215 ATACMS ballistik raketi, 1629 HIMARS, USQ-nin 27 mindən çox təyyarə tipli pilotsuz uçuş aparatı vurulub.
Müdafiə naziri 2025-ci ildə və ondan sonrakı illərdə də nəticə əldə etməyin vacib olduğu əsas istiqamətləri açıqlayıb:
- fəal döyüş əməliyyatları, xüsusi hərbi əməliyyatda qələbənin əldə edilməsi;
- düşməni yüksək dəqiqlikli silahlarla vurmağın effektivliyinin artırılması;
- "Növbəti onillikdə Avropada NATO ilə mümkün hərbi münaqişə də daxil olmaqla" ortamüddətli perspektivdə vəziyyətin istənilən inkişafına tam hazırlığın təmin edilməsi;
- Mərkəzi Asiya ölkələrində, Afrika, Qafqaz və Dnestryanı bölgədə hərbi mövcudluq və müxtəlif tapşırıqların yerinə yetirilməsi;
- xarici təhdidlər və texnologiyaların inkişafı (süni intellekt, böyük məlumatların emalı, robototexnika, məlumatların yüksək sürətli təhlükəsiz ötürülməsi) nəzərə alınmaqla Silahlı Qüvvələrin və hərbi təhsil sistemlərinin modernləşdirilməsi və zabit heyətinin hazırlanması;
- təhlükəsiz rabitə kanalları, vahid standartlar və məlumatların ötürülməsi protokolları ilə vahid informasiya sahəsinin formalaşdırılması;
- hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial və tibbi təminatının yaxşılaşdırılması;
- hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı;
- daxili proseslərin optimallaşdırılması, Müdafiə Nazirliyinin vahid rəqəmsal mühitinin formalaşdırılması.
Rusiya Federasiyası ilə kollektiv Qərb arasında şiddətli qarşıdurma güclənməkdə və böyüməkdə davam edir. Birləşmiş Ştatlar Rusiyanı "birbaşa və davamlı təhlükə" mənbəyi elan edib və 2030-cu ilə qədər nüvə üçlüyünün bütün komponentlərini modernləşdirməyi planlaşdırır. Onlar yeni nüvə başlıqları və bombalar yaradırlar. İyul ayında Vaşinqton və Berlin 2026-cı ildə Almaniya ərazisində orta mənzilli Amerika raketlərinin yerləşdiriləcəyini və gələcəkdə Moskvaya təxminən səkkiz dəqiqəlik uçuş müddəti olan hipersəs raketlərinin yerləşdiriləcəyini rəsmi olaraq elan ediblər.
2024-cü ildən NATO ölkələri Rusiya Federasiyasının qərb sərhədlərində on gün ərzində 100 minlik qoşun qrupunun, 30 gün ərzində 300 minlik və altı ayda 800 minlik qoşun yerləşdirilməsini nəzərdə tutan döyüş hazırlığı sisteminə keçirlər.
Rusiya "ziyalı Qərb"in aqressiv instinktlərini cilovlamağa davam etməli olacaq: Strateji Raket Qüvvələrini Yars raket sistemi ilə silahlandırmalı, strateji hava qüvvələrinə dörd Tu-160M strateji raket daşıyıcısını qəbul etməli və Hərbi Dəniz Qüvvələrinə "Knyaz Pozharski" adlı strateji sualtı raket qayığını təqdim etməlidir. Həmçinin süni intellektə, maşından maşına qarşılıqlı əlaqə texnologiyalarına əsaslanan idarəetmə sistemləri ilə hava, yer və dəniz əsaslı robot sistemləri yaranmalıdır.
"New York Times"ın və digər "demokratiya ruporlarının" 2025-ci ildə Ukrayna döyüş meydanında "oyunun sonu" ilə bağlı primitiv təqdimatı Rusiyanın kollektiv Qərblə ekzistensial münaqişəsinin miqyasına və məzmununa qətiyyən uyğun gəlmir. Müvəqqəti "atəşkəs" olmayacaq, yeni dünya uğrunda mübarizə hələ yeni başlayır.