BAKI, 21 dekabr — Sputnik. Oktyabr ayında Avropa İttifaqı (Aİ) 2023-cü ilin noyabr ayından bu yana maksimum məbləğə, yəni 701,5 milyon avroya Rusiyadan mayeləşdirilmiş təbii qaz (MTQ) alıb ki, bu məbləğin yarıdan çoxunu Fransa ödəyib. Bu barədə "Eurostat"ın məlumatında deyilib.
Qeyd olunub ki, Rusiya Aİ-nin qaz idxalının ümumi dəyərində 21,2% payla ABŞ-ı qabaqlayaraq liderlər sırasında qalıb.
Aİ ölkələri oktyabrda Rusiyadan MTQ almaq üçün 701,5 milyon avro ödəyib ki, bu da bu ilin sentyabr ayı ilə müqayisədə 28%, keçən ilin oktyabr ayı ilə müqayisədə isə 26% çoxdur.
Əsas idxalçılar Fransa, İspaniya və Niderland olub.
Xatırladaq ki, mayeləşdirilmiş təbii qaz yüksək likvidliyə malikdir, çünki boru kəmərlərindən asılı deyil, dünyanın istənilən nöqtəsinə gəmilərlə çatdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.