BAKI, 21 dekabr - Sputnik. Şənbə günü səhər Kazan mülki şəxslərin evlərinə PUA-nın kütləvi hücumuna məruz qalıb. RİA Novosti-nin xəbərinə görə, bunu Tatarıstan rəhbəri Rüstəm Minnixanov deyib.
Respublika rəhbərinin sözlərin görə, hadisə ilə bağlı əməliyyat qərargahı yaradılıb.
“Bu gün Kazan böyük PUA hücumuna məruz qalıb. Əgər əvvəllər sənaye müəssisələrinə hücum edilirdisə, indi düşmən səhər tezdən mülki əhalinin evlərinə hücum edir”, - deyə Minnixanov bildirib.
Onun sözlərinə görə, hadisə yerinə operativ qərargah yerləşdirilib, sakinlər təxliyə edilib, müvəqqəti yerləşdirmə və isti yemək təşkil edilib.
Daha əvvəl Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat vermişdi ki, şənbə günü səhər PUA Kazana hücum edib.
Nəticədə iki yaşayış kompleksindəki hündürmərtəbəli binalara, eləcə də daha bir dördmərtəbəli binaya da ziyan dəyib.
Pilotsuz təyyarələr sənaye müəssisələrindən birinə hücum etməyə çalışıb. Bu, Kazana ilk PUA hücumudur, bundan əvvəl pilotsuz təyyarələr Elabuqa, Nijnekamsk və respublikanın bir sıra rayonlarına hücum etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.