RUSİYA

Bakıya Moskvadan növbəti işgüzar missiya gələcək: Rusiyanın ticarət nümayəndəsi

Carı ildə Rusiyanın 25 regionundan nümayəndə heyətləri Azərbaycana səfər edib.
Sputnik
BAKI, 21 dekabr - Sputnik. Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi Kirov vilayətinin işgüzar dairələrinin nümayəndələrinin və Moskva müəssisələrinin işgüzar missiyasının gələn ilin əvvəlində Bakıya səfəri üzərində işləyir. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.

“2025-ci ilin əvvəlində Kirov vilayətinin və Tatarıstan Respublikasının rəsmi nümayəndə heyətlərinin və işgüzar dairələrin nümayəndələrinin, habelə Moskva müəssisələrinin işgüzar missiyasının Azərbaycana səfərləri planlaşdırılır”, - Mirsayapov vurğulayıb.

RF ticarət nümayəndəsi qeyd edib ki, bu il respublikaya Rusiyanın 25 regionundan nümayəndə heyətləri səfər ediblər.
Mirsayapov həmçinin oktyabr ayında Rusiya İxrac Mərkəzi tərəfindən Rusiya tikinti materialları və avadanlıq istehsalçılarının biznes missiyasının təşkilini xatırladıb.

“Rusiyanın 10 regionunu təmsil edən 16 şirkətdən ibarət nümayəndə heyəti potensial tərəfdaşlarla 120-dən çox görüş keçirib”, - Mirsayapov qeyd edib.

Bundan əlavə, Rusiya Kənd Təsərrüfatı Nazirliyi və "AGROEXPORT" Federal Mərkəzinin himayəsi altında Azərbaycana 40 Rusiya ərzaq ixracatçısının biznes missiyası baş tutub, bu missiya çərçivəsində yüksək keyfiyyətli Rusiya məhsullarının tədarükü üçün yeni müqavilələr bağlanıb.
“Biznes missiyaları maşınqayırma, informasiya texnologiyaları, əczaçılıq sənayesi, qida sənayesi, mühəndislik xidmətləri, yük daşımaları və logistika, tikinti materiallarının istehsalı, ağac emalı, metallurgiya istehsalı, kimya və toxuculuq sənayesi daxil olmaqla, sənayenin geniş spektrini əhatə edir. Bu, Rusiya şirkətlərinin Azərbaycan bazarında maraqlarının müxtəlifliyindən xəbər verir”, - ticarət nümayəndəsi fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.