BAKI, 21 dekabr - Sputnik. Azərbaycanda Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş sərgi keçirilib. Bu barədə RİA Novosti-nin müxbiri xəbər verir.
Sərgi Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ərəfəsində başlanmış “Rusiya və Azərbaycan xalqlarının tarixi yaddaşı: keçmişdən gələcəyə baxış” birgə layihəsi çərçivəsində keçirilib.
Sərgidə 77-ci Dağ atıcı diviziyasının döyüş yolundan və azərbaycanlı, üç ölkənin (SSRİ, İtaliya və Yuqoslaviya) qəhrəmanı Mehdi Hüseynzadənin şücaətindən bəhs edən arxiv sənədlərinin surətləri nümayiş etdirilib.
Sərgidə çıxış edən “Azərbaycan-Ural” Sverdlovsk vilayət ictimai milli-mədəni təşkilatı nəzdində fəaliyyət göstərən azərbaycanlı gənclər birliyinin sədri Toğrul Həsənzadə bildirib ki, Azərbaycanda 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini geniş şəkildə qeyd etmək planlaşdırılır.
Sverdlovsk vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Vyaçeslav Yarin öz növbəsində sərgidə təsvir olunan diviziyanın Azərbaycanda 1920-ci ildə yaradıldığını və Böyük Vətən Müharibəsinin əsas döyüşlərində fəal iştirak etdiyini və başa çatdıqdan sonra şəxsi heyətin bir hissəsi Sverdlovska köçürüldüyünü qeyd edib.
Sərgi eksponatlarında faşist Almaniyasının və militarist Yaponiyanın hərbi cinayətkarlarının məhkum edildiyi üç mühüm məhkəmə prosesini əks etdirən arxiv sənədləri var: Nürnberq (1945-1946), Tokio (1946-1948) və Xabarovsk (1949).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.