BAKI, 20 dekabr — Sputnik. Tehran Moskva ilə münasibətlərə xüsusi önəm verir və onunla iqtisadi və siyasi əlaqələri dərinləşdirməyə hazırdır. Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi RİA Novosti-yə bildirib.
Bundan əvvəl Rusiya və İran iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında razılığa gəliblər.
Mətbuatda sənədin BRİKS-in Kazanda keçiriləcək sammiti zamanı imzalana biləcəyi ilə bağlı xəbərlər yayılmışdı, lakin ölkələrin prezidentləri Vladimir Putin və Məsud Pezeşkian Türkmənistanda söhbət zamanı sənədin İran prezidentinin Rusiya Federasiyasına ayrıca səfəri zamanı imzalanması barədə razılığa gəliblər.