BAKI, 20 dekabr — Sputnik. Goranboyda dəm qazından ölüm hadisələri baş verib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə rayonun Ağcakənd kəndində qeydə alınıb. İlkin məlumata görə, əmiqızıları - 45 yaşlı Sevil Səlimova və 52 yaşlı Xumar Səlimova dəm qazından həyatlarını itiriblər. Faktla bağlı araşdırma aparılır. Onların Xocalı şəhər sakinləri olduğu bildirilir.
Xatırladaq ki, ötən həftə Bakıda dəm qazından üç nəfər həyatını itirib. Qeyd edək ki, ötən ay 14 nəfər dəm qazından zəhərlənib.