BAKI, 20 dekabr — Sputnik. Braziliyanın xarici işlər naziri Mauro Vieyra BRİKS-in G20 formatı səviyyəsinə yaxınlaşdığını bildirib. Bunu Braziliyanın xarici işlər naziri Mauro Vieyra deyib.
"Yanvarın 1-dən biz BRİKS-ə sədrlik edəcəyik, həmçinin nazirlər səviyyəsində böyük görüşlərimiz olacaq", - Braziliya XİN rəhbəri bildirib.
BRİKS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur. 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub.