BAKI, 19 dekabr — Sputnik. TƏBİB tibb müəssisələrində elektron qeydiyyat sistemində yaranan problemə aydınlıq gətirib.
Qurumdan Sputnik Azərbaycan-a daxil olan məlumata görə, bu gün səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.
Problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir.