RUSİYA

Putin Rusiya iqtisadiyyatının son durumu barədə: ABŞ və Avropadan yaxşı vəziyyətdəyik

Xarici təhdidlər və daxili problemlərə rəğmən Rusiya iqtisadiyyatı uğurla inkişaf edir.
Sputnik
BAKI, 19 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin bildirib ki, bütün xarici təhdidlərə baxmayaraq, iki il ərzində Rusiya iqtisadiyyatının artımı təxminən 8% təşkil edəcək.
Bu göstəricini qərb ölkələrinin iqtisadi göstəriciləri ilə müqaisə edən Putin aşağıdakı rəqəmləri göstərib.
"Ştatlarda 5-6%, Avrozonada 1%, Almaniyada 0%. Belə görünür ki, gələn il də 0% olacaq" - Rusiya prezidenti əlavə edib.
Eyni zamanda o qeyd edib ki, inflyasiya 9%-dən bir qədər artıqdır ki, bu da Rusiya üçün həyəcan siqnalıdır.
Amma buna rəğmən, bu müddət ərzində əhalinin real gəlirləri təqribən 9% artıb ki, bu da çox yüksək göstərici hesab olunur.
RUSİYA
XHƏ zonasında vəziyyət kəskin şəkildə dəyişir - Putin