BAKI, 19 dekabr — Sputnik. Bakıda "Neolit" şadlıq evində baş verən yanğın söndürülüb. Bu barədə FHN-in Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Bakı şəhərinin Nizami rayonu, M.Əliyev küçəsində yerləşən şadlıq evinin anbar hissəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Xatırladaq ki, yanğın səhər saatlarında başlayıb. Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Şadlıq sarayında yanğınını necə baş verdiyi araşdırılır.