DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə PKK və İŞİD-ə Suriyada fəaliyyət göstərməyə icazə verməyəcək - Ərdoğan

Ərdoğanın sözlərinə görə, regionun gələcəyində nə İŞİD-ə, nə də PKK-ya və onun törəmələrinə yer yoxdur.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Türkiyə kürd yaraqlılarının və İŞİD-in (İslam Dövləti, İŞİD, DAEŞ - Rusiyada qadağan olunmuş terror təşkilatı) Suriyada fəaliyyətlərini inkişaf etdirməsinə icazə verməyəcək Ankara bu mövqeyini Aİ də daxil olmaqla tərəfdaşlarına çatdırıb. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə danışıqların yekunlarına dair brifinqdə deyib.

"Beynəlxalq ictimaiyyət Suriya xalqına 13 illik qan tökülməsinin qarşsının alınmasında kifayət qədər dəstək göstərməyib. Bunu kompensasiya etməyin yolu Suriyanın bərpası və yenidən qurulmasına dəstək verməkdir. Türkiyə suriyalı qardaş və bacılarına dəstəyini davam etdirəcək. Bunu etmək üçün ölkəni terror yuvası statusundan təmizləmək lazımdır", - Türkiyə lideri bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan, arxiv
Ərdoğanın sözlərinə görə, regionun gələcəyində nə İŞİD-ə, nə də PKK-ya (Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası – red.) və onun törəmələrinə yer yoxdur.
"Biz terrorizmin bölgədə yenidən çiçəklənməsinə və inkişafına imkan verməyəcəyik. Biz bu mövqeyi tərəfdaşlarımıza, o cümlədən Aİ-yə çatdırdıq", - Türkiyə lideri vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.