HADİSƏ

Sumqayıtda bir ailənin beş üzvü dəm qazından zəhərlənib

Onlar dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparılıb.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Sumqayıtda Yaşıl dərə yaşayış massivində beş nəfər dəm qazından zəhərlənib. Sputnik Azərbaycan-ın APA-a istinadən xəbərinə görə, zəhərlənənlər bir ailənin üzvləridir.
39 yaşlı Qabil Niftalı oğlu Orucov, onun həyat yoldaşı 29 yaşlı Gülbuta İmamverdi qızı Orucova, övladları - 5 yaşlı Niftalı Qabil oğlu Orucov, 16 yaşlı Aysun Qabil qızı Orucova və 8 yaşlı Samirə Qabil qızı Orucova dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, ötən həftə Bakıda dəm qazından üç nəfər həyatını itirib. Qeyd edək ki, ötən ay 14 nəfər dəm qazından zəhərlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.