BAKI, 18 dekabr — Sputnik. Moskva Heyət Təhrir əl-Şamın (HTŞ) terror təşkilatları siyahısından çıxarılması məsələsində konkret hadisələrin, konkret halların qiymətləndirilməsindən çıxış edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Təbii ki, bizim qanunvericiliyimiz, beynəlxalq hüquq normaları əsasında qərar verəcəyik", - Zaxarova deyib.
Zaxarova bildirib ki, Rusiya Suriyada yeni hakimiyyət orqanları formalaşdıran və Rusiya vətəndaşlarının təhlükəsizliyinin praktiki məsələlərini həll etmək üçün müəyyən ərazilərə nəzarət edənlərlə əlaqə saxlayır.
Diplomat qeyd edib ki, Rusiya vətəndaşlarına lazımi yardım göstərilir, lakin iş müəyyən risklərlə doludur.
Zaxarova Suriyada nə qədər Rusiya vətəndaşının olması və konsulluq qeydiyyatında olması ilə bağlı məlumatların olduğunu vurğulayıb.
Noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, keçmiş lider Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib. Dekabrın 10-da İdlib vilayətində qondarma Qurtuluş Hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya Nazirlər Kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.