BAKI, 18 dekabr - Sputnik. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, işğaldan azad edilmiş Qarabağda ilk xarici investisiya layihəsi Rusiyanın Cəbrayıl rayonundakı KAMAZ xidmət mərkəzi olub.
“İnvestisiya layihələri var. Yeri gəlmişkən, birinci investisiya layihəsini Tatarıstan həyata keçirib. Bu, Cəbrayıl rayonunda yerləşən KAMAZ servis mərkəzidir ki, onu Tatarıstanın rəhbəri ilə mən açmışıq", - Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki investisiya layihələri barədə suala cavab verərkən deyib.
O, Qarabağda ilk xarici investisiya layihəsinin Rusiyaya məxsus olduğunu vurğulayıb.
"Ona görə də biz investisiyaları gözləyirik və podratçılara da şadıq", - deyə Azərbaycan lideri bəyan edib.