TƏHSİL

Rusiya Nəqliyyat Universiteti Azərbaycan vətəndaşları üçün təhsil proqramı elan edib

Universitetdə təhsil dərəcələrinə bakalavr, spesialitet, magistratura daxildir. Burada, həmçinin rus dili üzrə universitetə hazırlıq fakültəsi mövcuddur. Təhsilin forması əyanidir.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat NazirliyiRusiyanın Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa əsasən, 2025 – 2026-cı tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrə müsabiqə elan olunur. Bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Müsabiqədən keçən namizədlər Rusiya Nəqliyyat Universitetində (Российский университет транспорта (МИИТ)) təhsil almaq üçün təqaüd proqramından yararlana bilərlər. Təqaüd proqramı Azərbaycanda nəqliyyat sahəsində gənc milli kadrların hazırlanması məqsədi daşıyır.
Universitetdə təhsil dərəcələrinə bakalavr, spesialitet, magistratura daxildir. Burada, həmçinin rus dili üzrə universitetə hazırlıq fakültəsi mövcuddur. Təhsilin forması əyanidir. Tədris rus dilində aparılır.
Təminat:
Təhsil haqqının tam ödənilməsi
Aylıq təqaüd
Rus dilini bilməyən tələbələr üçün 1 illik ödənişsiz rus dili hazırlıq kursları
Müsabiqədə iştirak edə bilər:
Məktəb, lisey, gimnaziya, kollec, texnikum və universitet məzunları (və ya təhsilini bu ildə bitirəcək tələbələr və şagirdlər)
Seçim turları:
Riyaziyyat və məntiqdən onlayn test
Oflayn müsahibə (Azərbaycan və rus dillərində)
Ərizələrin qəbul tarixi: 18.12.2024 – 05.01.2025
Testlərdən uğurla keçən və universitetə qəbul olunanlardan bu sənədlər tələb olunacaq:
Pasportun skan edilmiş surəti və pasportun rus dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsinin skan edilmiş surəti
Təhsil sənədlərinin skan edilmiş surətləri (orta təhsil haqqında attestat, diplomlar) və onların notarial qaydada təsdiq edilmiş tərcümələrinin skan edilmiş surətləri
Tibbi arayışın skan edilmiş surəti
İİV (HIV)-mənfi sertifikatın skan edilmiş surəti
Ərizə – anket
Məlumat üçün bildirək ki, Rusiya Nəqliyyat Universiteti (https://rut-miit.ru/) Rusiyanın aparıcı milli nəqliyyat universiteti olmaqla yanaşı, həm də ən böyük sənaye universitetidir. Bu ali məktəb nəqliyyat sənayesinin inkişafı üçün kadr təminatı və elmi dəstək üçün baza platforması rolunu oynayır.
Təhsil müddətini uğurla başa vuran tələbələrə Azərbaycana qayıtdıqdan sonra nəqliyyat sahəsində fəaliyyət göstərən qurumlara işə qəbul zamanı üstünlük veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.