RUSİYA

Rusiya ABŞ-ın dialoq qurmaq ideyalarını nəzərdən keçirməyə hazırdır - Ryabkov

Siyasətçi ABŞ-ın gələcək xüsusi elçisinin Ukrayna üzrə Rusiya ilə əlaqə yaratmaq niyyəti barədə heç bir təsəvvürün olmadığını deyib.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Rusiya Federasiyası ABŞ-ın yeni administrasiyasının iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması ilə bağlı istənilən təklifini nəzərdən keçirməyə hazırdır, lakin hələlik nə bu barədə, nə də ABŞ-ın gələcək xüsusi elçisi Kit Kelloqun Ukrayna üzrə Rusiya ilə əlaqə yaratmaq niyyəti barədə heç bir təsəvvür yoxdur. Bu barədə "RİA Novosti" Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkova istinadən xəbər verib.

"Birincisi bizim, general Kelloqun vəzifəyə başlama qrafiki, yeni seçilmiş Prezident Trampın ona fəaliyyət istiqaməti kimi göstərdiyi vəzifə haqqında heç bir təsəvvürümüz yoxdur", - Ryabkov jurnalistlərə deyib.

Sergey Ryabkov
Xarici işlər nazirinin müavini əlavə edib ki, Rusiya Moskva və Vaşinqton arasındakı münasibətlərə "ən azı nisbi normallığı" qaytarmaq üçün istənilən təklifi nəzərdən keçirməyə hazırdır.
"Üstəlik, onun əlaqələr qurmaq baxımından niyyətlərinin nə ola biləcəyi ilə bağlı zərrə qədər məlumatımız belə yoxdur. Biz, əlbəttə ki, bu mövzuda istənilən müraciəti, eləcə də Moskva ilə Vaşinqton arasındakı münasibətləri ən azı nisbi normallığa qaytarmaq üçün digər mövzuları nəzərdən keçirəcəyik. Ancaq qrafiklər və marşrutlar bu günün və ya sabahın məsələsi deyil", - siyasətçi qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.