AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident Azərbaycanda Türkiyənin hərbi bazası haqqında: Buna ehtiyac yoxdur

Dövlətimizin başçısı Azərbaycanın Türkiyə ilə 1992-ci ildə, müstəqilliyini bərpa etdikdən sonra hərbi əməkdaşlıq qurduğunu xatırladıb.
Sputnik
BAKI, 18 dekabr - Sputnik. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, respublika ərazisində Türkiyə hərbi bazasının yaradılmasına ehtiyac görmür.

“Əgər qısa desəm, lazım deyil. Lakin müəyyən media quruluşlarında vaxtaşırı belə məlumatların yer aldığını nəzərə alaraq cavabımı bir az da genişləndirsəm, deməliyəm ki, buna zərurət yoxdur”, - Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə müvafiq suala cavab verərkən deyib.

Dövlət başçısı xatırladıb ki, Azərbaycan 1992-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə hərbi əməkdaşlıq qurub.
“Həmin vaxtdan bu hərbi əməkdaşlıq başlayıb, bu gün də davam edir, təbii ki, ehtiyacdan asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu otuz ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan ordusunun müasirləşməsində və yüksək standartlara çatdırılmasında böyük rol oynayıb”, - Əliyev qeyd edib.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Rusiya Qarabağda ilk sərmayəçidir: Əliyev KAMAZ mərkəzinin açılışı haqqında