BAKI, 18 dekabr — Sputnik. NATO-nun Ukraynaya hərbi yardımla bağlı qərarlar qəbul edən vəzifəli cinayət ortaqları hazırda Rusiyanın qanuni hərbi hədəfidir.
Bu barədə "RİA Novosti" Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə istinadən xəbər verib.
Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillova qarşı törədilən terror aktının "qanuni müdafiə aktı" adlandırıldığı "The Times" nəşrini şərh edən Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb ki, bu məntiqlə Kiyevə hərbi yardım barədə qərar qəbul edən NATO ölkələrinin bütün rəsmiləri Rusiyaya qarşı hibrid və ya adi müharibədə iştirak edirlər. Onun sözlərinə görə, onların hamısı Rusiya Federasiyası üçün qanuni hərbi hədəf hesab edilə bilər və edilməlidir.
"1-ci bənddə göstərilən Rusiyaya qarşı cinayətlər törədən şəxslərin həmişə ortaqları olur. Bundan sonra onlar da qanuni hərbi hədəfdirlər. Bunlara "The Times" qəzetindəki qorxaqcasına redaksiya məqaləsi arxasında gizlənən yaramaz çaqqallar da daxil ola bilər. Beləliklə, bütün bunlar nəşrin rəhbərliyidir", - Medvedev "Telegram" kanalında qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.