RUSİYA

Medvedev Kirillovun qətlindən danışdı

Medvedev deyib ki, bu qətldə əli olanların axtarışı, tutulması və cəzalandırılması üçün əlavə işlər davam etdiriləcək.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Hüquq-mühafizə orqanlarının əməliyyat tədbirləri nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillovun qətlində şübhəli bilinən şəxs saxlanılıb. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Medvedev deyib ki, bu qətldə əli olanların axtarışı, tutulması və cəzalandırılması üçün əlavə işlər davam etdiriləcək.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillovun evini yaxınlığında partlayıcı qurğu işə salınıb. İqor Kirillov və onun köməkçisi öldürülüb.
Faktla bağlı terrorizm, adam öldürmə və qanunsuz silah dövriyyəsi maddələri ilə cinayət işi araşdırılır. Daha sonra FTX Ukrayna xüsusi xidmət orqanları tərəfindən əməliyyata cəlb edilmiş terror aktını törədənin saxlanıldığını bildirib. Ona Avropa İttifaqına getmək və 100 min dollar vəd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.