Gürcüstan Qərbin sanksiyalarını gözləyir: Azərbaycanla əməkdaşlığa ziyan dəyəcəkmi?
Son hadisələrdən sonra Aİ ölkələri Gürcüstana qarşı sanksiyaları daha çox müzakirə etməyə başlayıblar ki, bu da, şübhəsiz ki, Tbilisinin xarici iqtisadi əlaqələrinə mənfi təsir göstərə bilər.
SputnikBAKI, 18 dekabr — Sputnik. Gürcüstanda Qərbin fəal şəkildə qızışdırdığı siyasi qeyri-sabitlik, digər məsələlərlə yanaşı, ölkəyə iqtisadi ziyan da vura bilər. Belə ki, bir sıra Aİ ölkələri Gürcüstana qarşı sanksiyaların tətbiqini müzakirə edir. Litva və Estoniya isə artıq bəzi məhdudiyyətlər tətbiq ediblər. Onlar daxili işlər naziri Vaxtanq Qomelauri və hakim "Gürcü arzusu" partiyasının təsisçisi Bidzina İvanişvili də daxil olmaqla, 11 Gürcüstan rəsmisinin ölkəyə girişinə qadağa qoyublar.
Xatırladaq ki, Gürcüstanda etiraz aksiyaları bu ilin oktyabrında "Gürcü arzusu" partiyasının parlament seçkilərində qalib gəlməsindən sonra başlayıb və ötən şənbə günü parlament Mixail Kavelaşvilini prezident seçib. Bununla bağlı hazırkı prezident Salome Zurabeşvili etirazını bildirib.
Son hadisələrdən sonra Aİ Gürcüstana qarşı sanksiyaları daha çox müzakirə etməyə başlayıb ki, bu da şübhəsiz ki, ölkənin xarici iqtisadi əlaqələrinə, eləcə də regionda nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə mənfi təsir göstərə bilər.
Gürcüstan Azərbaycanın beynəlxalq layihələrdə əsas tərəfdaşıdır
Gürcüstan Azərbaycanın mühüm ticarət tərəfdaşıdır - bu ilin yanvar-oktyabr aylarının yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollardan çox təşkil edib ki, bunun da 60%-ən çoxunu AR Gürcüstana ixracı təşkil edir.
Bundan əlavə, Gürcüstan əslində Azərbaycanın Avropaya qapısıdır. Azərbaycan neftinin və qazının dünya bazarına ixracının demək olar ki, hamısı Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi mühüm layihələrin tərkib hissəsi olan bu ölkənin ərazisindən keçir.
Eyni zamanda, bu gün Xəzər regionundan Avropaya "yaşıl" enerjinin tədarükü üçün Black Sea Energy layihəsi inkişaf mərhələsindədir. Ərazisindən bu layihənin elektrik xətləri keçəcək Gürcüstan onun mühüm iştirakçısıdır.
Eyni zamanda, Azərbaycanın mühüm dəmir yolu nəqliyyatı və logistika layihəsi olan Bakı-Tbilisi-Qars Gürcüstan ərazisindən keçir.
Azərbaycan öz ixrac potensialını inkişaf etdirmək üçün Gürcüstanın liman sistemini fəal şəkildə inkişaf etdirir. 2008-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan SOCAR Georgia Kulevidə neft yükləmə terminalı alıb.
Ümumiyyətlə, Gürcüstan Azərbaycan üçün prioritet investisiya bazarıdır. Təkcə ötən il Azərbaycan qonşu ölkəyə 53,6 milyon dollar sərmayə yatırıb ki, bu da bir il əvvəlki göstəricidən 31,5 dəfə çoxdur.
Bu il investisiyalar davam etdirilib: yanvar-sentyabr aylarında Gürcüstan iqtisadiyyatına Azərbaycanın birbaşa investisiyalarının həcmi 48 milyon dollar təşkil edib.
Bundan əlavə, Tbilisi istisna olmaqla, respublikanın bütün rayonlarını "mavi yanacaq"la təmin edən bu ölkənin qaz nəqli sistemi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsusdur. Ayın əvvəlində məlum olub ki, "SOCAR Gas Georgia" İmereti, Quriya və Sameqrelo-Zemo Svaneti kimi regionlarda daha 41 qaz kəməri alıb. Əməliyyatın məbləği 7,1 milyon dollar təşkil edib və qaz kəmərlərinin alınması üçün ödənişlər 2032-ci ildə başlayacaq və 10 il davam edəcək. Hər il ARDNŞ Gürcüstanın büdcəsini çox əhəmiyyətli məbləğdə - təxminən 711 milyon dollar artıracaq.
Tranzit hesabına milyonlar
İqtisad elmləri doktoru, professor, dörd çağırış Milli Məclisin deputatı Rüfət Quliyev qeyd edir ki, Gürcüstanın xarici ticarəti əsasən Rusiya, Azərbaycan, Türkiyə kimi ölkələrlə bağlıdır, yəni ölkə əsasən region dövlətləri ilə əməkdaşlıq edir və Qərb dövlətləri ilə ticarət əlaqələri yalnız son illərdə artmağa başlayıb.
"Hələlik Qərbin hər hansı sanksiyaları total xarakter daşımır və mən hesab edirəm ki, total sanksiyaların tətbiqi hələ uzaqdadır. Bəlkə də ilin sonuna qədər hər şey yoluna düşəcək və yeni seçilmiş prezident öz işinə başlayacaq", - deyə Quliyev Sputnik Azərbaycana müsahibəsində deyib.
Bununla yanaşı, ekspert qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında iqtisadi və siyasi əlaqələr kifayət qədər sıxdır, o cümlədən qaz və neft kəmərləri, o cümlədən Gürcüstan ərazisindən keçən nəqliyyat dəhlizləri sayəsində.
Ekspertin sözlərinə görə, neft və qazın tranziti, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun ölkə ərazisindən keçməsindən hər il Gürcüstan büdcəsinə yüz milyonlarla dollar vəsait daxil olur.
Quliyev onu da əlavə edib ki, sadalanan məsələlərdən başqa, Gürcüstanın neft və qaz qiymətlərində müəyyən üstünlükləri var və bu tranzit layihələri həm də minlərlə Gürcüstan vətəndaşının məşğulluğunu təmin edir - onlar neft-qaz kəmərlərinə və dəmir yollarına xidmət sahəsində çalışırlar.
Gürcüstan iqtisadiyyatı artıq zərəri hiss edir
Quliyev hesab edir ki, Qərbin sanksiyaları genişləndirilsə belə, Azərbaycan-Gürcüstan iqtisadi münasibətləri dəyişməyəcək. Eyni zamanda, qeyri-sabit siyasi vəziyyətə görə Gürcüstan iqtisadiyyatı artıq itkilər verməyə başlayıb.
"Sanksiyaların müzakirə olunması belə gürcü larisinin məzənnəsinə dərhal təsir edib. Ölkədə devalvasiya baş verib. İnsanlar tətillər səbəbindən işə çıxmır, Gürcüstana turist axını demək olar ki, bir neçə dəfə azalıb, - deyə, Quliyev vurğulayıb.
Bununla yanaşı, ekspert Qərbin artıq tətbiq etdiyi və ya müzakirə olunan sanksiyaların gürcü xalqına hansısa şəkildə təsir göstərə biləcəyinə inanmır.
"Mən düşünmürəm ki, bu nəyəsə ciddi təsir etsin. Qərb müəyyən siyasətçilərə təsir edən ünvanlı sanksiyalar tətbiq edir. Gürcü xalqı müdrikdir, o özü lazımı qərararını verəcək. Gürcüstanın hazırkı rəhbərliyi praqmatikdir və ən əsası – gürcü yönümlüdir. Gürcüstanın hazırkı hakimiyyəti Avropa Birliyinə daxil olmaq üçün müəyyən addımlar ata bilər, sadəcə olaraq, bu təzyiqi üzərində hiss etmək istəmirlər. Ona görə də bu sanksiyalardan böyük iqtisadi nəticələr gözləmirəm", - Quliyev bildirib.
Sektoral deyil, fərdi sanksiyalar
Aİ və ABŞ Gürcüstanın bir qrup yüksək vəzifəli məmuruna, təxminən 30 nəfərə qarşı fərdi sanksiyalar tətbiq edib. Xəzər Strateji Araşdırmalar İnstitutunun (XSAİ) eksperti Aleksandr Karavayev bildirib ki, Avro-Atlantika İttifaqı Rusiya Federasiyası və İrana qarşı sanksiyalar kimi sektoral sanksiyaları müzakirə etmir.
İqtisadçı hesab edir ki, Gürcüstanda neft və qazın ölkə ərazisindən nəqli ilə bağlı çoxlu birgə layihələrin həyata keçirildiyini, həmçinin Avropa və Amerika bizneslərinin mövcudluğunu nəzərə alsaq, Qərbin ümumiyyətlə sektoral sanksiyalar tətbiq etməsi ehtimalı çox azdır.
"Yəni Avro-Atlantik təşəbbüskarların problemi ondan ibarətdir ki, onlar öz maraqlarına zərbə vurmamaq yollarını araşdırmaq üçün sanksiya təkliflərini süzgəcdən keçirməlidir", - Karavaev Sputnik Azərbaycana müsahibəsində deyib.
Amma ekspert burada siyasi məqamın olduğunu da qeyd edib: - Qərb elə hərəkət etməlidir ki, bu məhdudiyyətlərin təsiri Gürcüstanın Avropa siyasətini ləngitməkdə günahkar hesab etdikləri şəxslərə dəysin.
"Eyni zamanda, Gürcüstana sosial-iqtisadi zərbənin dəyməməsi də Qərb üçün çox vacibdir. Üstəlik, vizasız rejimdən imtina şərti xarakter daşıyır, çünki 2017-ci ilin yazından tətbiq olunan razılaşmaya əsasən Gürcüstan vətəndaşlarına Şengen zonasında vizasız 90 gün ərzində qalmaq hüququ verilirdi. Yəni bu Gürcüstana təhlükəsiz gedə və yaşaya biləcəyiniz anlamına gəlmir. Əslində bu, fəal şəkildə hazırkı hakimiyyətin siyasətinə qarşı çıxan ictimai birliklər və qrupların sui şəkildə yararlanması üçün bir mövzudur", - deyə, Karavaev bildirib.
Bununla yanaşı, iqtisadçı Rusiyaya texnologiyaların və ya ikili təyinatlı məhsulların təkrar ixracı sistemində iştirak edən bəzi ayrı-ayrı gürcü şirkətlərinə qarşı sanksiyaların tətbiq oluna biləcəyini də istisna etmir.
Amma burada, ekspert əlavə edib ki, gürcü ictimaiyyəti başa düşməlidir ki, artıq Türkiyə, BƏƏ və Çində bu tipli şirkətlərin böyük siyahısı tutulub və onlara qarşı sanksiyalar tətbiq olunur.
"Ümumilikdə sanksiyalara məruz qalan şirkətlərin böyük siyahısı var. Yəni bu, sektoral sanksiyalarla şəxsi sanksiyalar arası bir aralıq variantdır. Sektoral sanksiyalar, Rusiyanın qaz və ya neft ixracı sahəsinə qarşı tətbiq olunan və bu sahəyə zərbə vuran qadağalar kimidir. Buna rəğmən, biz həmin sahədə yaradan çoxlu sayda boşluqlar müşahidə edirik. Yəni, Gürcüstana qarşı sektoral və şəxsi sanksiyalar arasında aralıq mövqe tətbiq oluna bilər ki, bu da artıq fiziki şəxslərə yox, hüquqi şəxslərə aid edilir", - deyə, Karavayev fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.