RUSİYA

Azərbaycan Rusiyaya 250-300 MVt elektrik enerjisi verməyə hazırdır - Panina

Oktyabr ayında o, bildirmişdi ki, "İnter RAO" Azərbaycan və Gürcüstandan fövqəladə hallarda Rusiya Federasiyasına tədarük üçün 300 MVt elektrik enerjisi ehtiyatı saxlamağı xahiş edib.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Fövqəladə vəziyyətlərdə Azərbaycan və Gürcüstan vəziyyətdən asılı olaraq Rusiyaya 250-300 MVt elektrik enerjisi verməyə hazırdır. Bunu "İnter RAO"nun idarə heyətinin üzvü Aleksandra Panina "Rusiyanın Bərpa Olunan Enerji Texnologiyaları" II illik konfransı çərçivəsində bildirib.
Oktyabr ayında o, bildirmişdi ki, "İnter RAO" Azərbaycan və Gürcüstandan fövqəladə hallarda Rusiya Federasiyasına tədarük üçün 300 MVt elektrik enerjisi ehtiyatı saxlamağı xahiş edib.

"Bəli, səhv etmirəmsə, Azərbaycan 250-300 MVt həcmində təcili yardım göstərə bilər. Bu, vəziyyətdən asılıdır Əvvəlcədən söz verə bilməzlər, lakin vəziyyətdən asılı olaraq qərar verəcəklər", - Panina deyib.

O, həmçinin qeyd edib ki, artıq Azərbaycandan tədarük var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.