DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranın Suriyadakı səfirliyinin yenidən açılması üçün şərtləri açıqladı

Bir gün əvvəl İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri dövlət televiziyası ilə canlı yayımda deyib ki, İranın Suriyadakı səfirliyi və konsulluğu tezliklə fəaliyyətini bərpa edə bilər.
Sputnik
BAKI, 17 dekabr — Sputnik. İranın Dəməşqdəki səfirliyinin yenidən açılması "ilkin hazırlıq" tələb edir, bunun ən mühüm elementi diplomatik nümayəndəliklərin və onların əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsidir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik mətbuat konfransında deyib.
Bir gün əvvəl İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri dövlət televiziyası ilə canlı yayımda deyib ki, İranın Suriyadakı səfirliyi və konsulluğu tezliklə fəaliyyətini bərpa edə bilər.
Bundan əvvəl Əkbəri İran və ərəb mediasında İranın Dəməşqdəki səfirliyinin qarət edilməsi zamanı silahlı qruplar tərəfindən 43 milyon 700 min dolların, eləcə də bir neçə partiya qızılın ələ keçirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.