BAKI, 17 dekabr — Sputnik. Avropa İttifaqına (Aİ) daxil olmaq Türkiyənin strateji hədəfi olaraq qalır.
Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenlə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
"Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalmaqda davam edir. Aydındır ki, bizim Aİ-yə üzvlüyümüz həm birlik, həm də ölkəmiz üçün mühüm töhfə olacaq", Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə liderinin sözlərinə görə, son hadisələr ölkənin beynəlxalq aləmdəki mövqelərini daha da gücləndirib. Ərdoğan əlavə edib ki, əsas müzakirə mövzusu Türkiyə ilə Aİ arasında əməkdaşlığın canlandırılması üçün atıla biləcək ümumi addımlar olub.
Bundan əvvəl Ərdoğan ölkəsinin Avropa İttifaqına üzv olmaq səylərini əngəlləmək üçün heç bir məna görmədiyini söyləyib. Onun sözlərinə görə, respublika qitənin çiçəklənməsinə və təhlükəsizliyinə mühüm töhfə verib. Ərdoğan Aİ-ni Türkiyədə terrorçu elan edilən Kürdüstan Fəhlə Partiyası və FETO təşkilatı ilə mübarizədə "konkret əməkdaşlığa" çağırıb.
Bu yaxınlarda Ərdoğan BRİKS-in Türkiyə üçün alternativ olmadığını bildirib.