"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi artıq bir neçə ildir ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında humanitar və elmi sahələrdə qarşılıqlı əlaqənin saxlanmasına və inkişafına yönəlmiş layihələr həyata keçirir.
Layihələr arasında Azərbaycandan olan tələbələrin Rusiya universitetlərində təhsil alması proqramı da var. Gələn il yanvarın 15-də Rusiya Federasiyası Hökumətinin 2024/2025-ci tədris ili üçün ayırdığı kvota çərçivəsində Rusiya universitetlərində təhsil almaq üçün qeydiyyat müddəti başa çatacaq.
Rusiyada ali təhsil almağın üstünlükləri və namizədlərin seçilməsi prosesi haqqında dekabrın 20-də, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında "Rossotrudniçestvo"nun Azərbaycan Respublikasındakı nümayəndəliyinin - Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Zinnurov İrek Xaydaroviç məlumat verəcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq: Mətbuat pr., məh.529, bina 23, mərt.4.