BAKI, 17 dekabr — Sputnik. Aİİ bərabərliyə əsaslanan və hər bir iştirakçının maraqlarını nəzərə alan effektiv inteqrasiya layihəsi kimi özünü təsdiqləyib.
Bunu Rusiyanın baş naziri Mixail Mişustin "Rossiyskaya qazeta"ya müsahibəsində deyib.
O qeyd edib ki, ittifaqda müşahidəçi dövlətlərin dairəsi genişlənir. Özbəkistan və Kuba ilə yanaşı, İrana da belə status veriləcək. Dörd ölkə ilə azad ticarət müqaviləsi var.
"Aİİ özünü bərabərliyə əsaslanan və hər bir iştirakçının maraqlarını nəzərə alan effektiv inteqrasiya layihəsi kimi göstərib. "Beşlik"də bir-birini dinləmək, etibar etmək, güzəştlər axtarmaq və tapmaq, beynəlxalq normalara hörmət etmək adətdir. Müasir şəraitdə bu, bizi bir çox digər regional təşkilatlardan fərqləndirir. Buna görə də dünya üzrə xeyli sayda ölkə və birliklər İttifaqla əməkdaşlığa maraq göstərirlər", - Mişustin vurğulayıb.
Bundan əvvəl Azərbaycanın Aİİ-nin hansı ölkələrinə kivi ixrac etdiyi barədə məlumat veilmişdi.