Azərbaycan ilə Rusiya arasında ticarət-iqtisadi əməkdaşlıq son bir ildə intensiv inkişaf edib. Bunu təkcə ekspertlər deyil, həm də qarşılıqlı fəaliyyətin açıqlanmış göstəriciləri sübut edir. Rusiya Bakının əsas xarici ticarət tərəfdaşlarından biridir.
Azərbaycana məhsul idxalının ümumi həcmində Rusiya 2-ci yerdədir. Rusiya həm də Azərbaycan iqtisadiyyatının ən böyük investorlarından biridir - bu, 4 milyard dollardan çox birbaşa sərmayədir. Öz növbəsində Azərbaycan Rusiyaya 1 milyard dollara yaxın sərmayə qoyub.
İki ölkə arasında ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın dinamikası və gələn il üçün əməkdaşlıq perspektivləri barədə dekabrın 19-da, saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Ruslan Mirsayapov danışacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq: Mətbuat pr., məh.529, bina 23, mərt.4.