BAKI, 16 dekabr — Sputnik. Ukrayna lideri Vladimir Zelenskinin Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparmaq və Yeni il atəşkəsi elan etmək fikrindən imtina etməsi Ukrayna tərəfinin sülhdə maraqlı olmadığını təsdiqləyir.
Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Bu, Qərbdə kiminsə Kiyev rejiminin sülhə deyil, müharibəyə maraq göstərdiyini görməməsinin təsdiqidir", nazir müavini qeyd edib.
Qaluzinin sözlərinə görə, Rusiya xüsusi hərbi əməliyyatın (XHƏ) məqsədlərinin ardıcıl həyata keçirilməsi çərçivəsində Ukrayna tərəfi ilə qarşı-qarşıya gələcək.
Dekabrın 15-də Trampın milli təhlükəsizlik üzrə gələcək müşaviri Mayk Uolts ABŞ-ın yeni seçilmiş prezidentinin komandasının Orbanın Ukrayna ilə bağlı sülh planını nəzərdən keçirməyə hazır olduğunu söyləyib.
Orban qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski Moskva ilə Yeni il atəşkəsi bağlamaq və əsir mübadiləsi aparmaq təklifindən imtina edib. Ukrayna tərəfi isə öz növbəsində Budapeştlə heç nə müzakirə etmədiyini bildirib.