HƏRBİ

Hərbi gücümüzün artırılması bizim üçün bir nömrəli prioritetdir

Baş nazir qeyd edib ki, gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20.6%-in təşkil edir.
Sputnik
BAKI, 16 dekabr— Sputnik. "Ənənəvi olaraq hərbi gücümüzün artırılması bizim üçün bir nömrəli prioritetdir".
Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
Baş nazir qeyd edib ki, gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20.6%-in təşkil edir.
Qeyd edək ki, gələn il üçün müdafiə və milli təhlükəsizlik xərcləri 8,5 milyard manata çatdırılır.
HƏRBİ
Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 8,5 milyard manata çatdırıldı