CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəhlizlər Azərbaycanın dünyadakı əhəmiyyətini artırır

Baz nazir bildirib ki, deputatların əksəriyyəti təbii olaraq təmsil etdikləri rayonlarda kommunal xidmətlər, məşğulluq, məktəblərin və yolların təmiri və digər sosial-iqtisadi məsələlərin həll edilməsi üçün təkliflərlə çıxış edir.
Sputnik
BAKI, 16 dekabr— Sputnik. Şimal–Cənub və Şərq–Qərb dəhlizlərində fəal iştirak Azərbaycanın Asiya və Avropa üçün strateji tərəfdaş kimi əhəmiyyətini artırır.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
Əli Əsədov bildirib ki, ötən ay Prezidentin Fərmanı ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) yaradıldı ki, bu, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsinə və onların vahid prinsiplərə uyğun idarə olunmasına xidmət edəcək.
Baz nazir bildirib ki, deputatların əksəriyyəti təbii olaraq təmsil etdikləri rayonlarda kommunal xidmətlər, məşğulluq, məktəblərin və yolların təmiri və digər sosial-iqtisadi məsələlərin həll edilməsi üçün təkliflərlə çıxış edir:

"Hökumət əhali qarşısında bütün sosial öhdəlikləri tam şəkildə yerinə yetirmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və gələcək iqtisadi artıma zəmin yaratmaq üçün bütün resurslarını səfərbər edir. Təbii olaraq büdcədən gözləntilər hər zaman çox yüksəkdir. Lakin qaldırılan bütün məsələlərin hamısı eyni zamanda və bir il ərzində həll edilə bilməz. Büdcə bizim imkanlarımızı əks etdirir".

O qeyd edib ki, hazırda 473 məktəbin əsaslı təmirinə ehtiyac var. Bu, ölkədəki bütün məktəblərin 10%-ni təşkil edir. Bunlardan 123 məktəbdə təmir-tikinti işlərinin gələn il aparılması nəzərdə tutulub. Bu işlər mərhələli şəkildə davam etdiriləcək və 2028-ci ilədək tamamlanması planlaşdırılır.