BAKI, 13 dekabr — Sputnik. Dekabrın 11-də Pekində raketdən müdafiə və strateji sabitliyin raket aspektləri üzrə Rusiya-Çin məsləhətləşmələri keçirilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumat yayıb.
Tərəflər qlobal və regional təhlükəsizliyin qorunması kontekstində bu məsələni dərindən müzakirə ediblər. Xüsusilə, Rusiya Federasiyası və Çin nümayəndələri orta və qısa mənzilli raketlər mövzusunda fikirlərini bölüşüblər.
"Tərəflərin strateji sabitliyin bu amilləri üzrə dialoqun və koordinasiyanın gücləndirilməsinə baxışı təsdiqlənib" - Rusiya XİN də qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Çində iki günlük işgüzar səfər edib. Medvedevin Çin sədri Si Cinpinlə görüş zamanı digər məsələlərlə yanaşı, təhlükəsizlik və strateji sabitlik məsələləri də müzakirə olunub.