RUSİYA

Putin Təhlükəsizlik Şurasının iclasını keçirir

Rusiya prezidenti iclasın gündəliyində iki əsas mövzunun dyaandığını bildirib.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir PutinTəhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirir.
Putin iclas iştirakçılarını Rusiya Federasiyasında müdafiə sənayesinin inkişafı və ekstremizmə qarşı mübarizə strategiyasını müzakirə etməyə dəvət edib.
"Bu gün bizim Təhlükəsizlik Şurasının operativ iclasında iki mövzumuz var. Bunlar çox ciddi mövzulardır. Birincisi müdafiə sənayesinin gələcək inkişafına, ikincisi isə Rusiya Federasiyasında ekstremizmə qarşı mübarizə strategiyasına aiddir" - Putin deyib.
O qeyd edib ki, birinci məsələ üzrə məruzəçi Sənaye və Ticarət Nazirliyinin rəhbəri Anton Əlixanov, ikinci mövzu üzrə isə Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev çıxış edəcəklər.