CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda narkokuryerliklə məşğul olan şəxslər saxlanılıb

Heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Bakıda narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı İlkin Dadaşov, Natiq Yusifov, Ruslan İsmayılov, Vüqar Əliyev, Qaryağdı Ruşanov və Elşən Muradov saxlanılıblar.
Onlardan ümumilikdə 23 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı Bakı şəhərində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 7 şəxs saxlanılaraq istintaqa təqdim edilib. Faktlarla bağlı cinayət işləri başlanılıb.
28.10.24, 22:46
DSX Azərbaycan-İran sərhədində əməliyyat keçirdi
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabr ayının 26-da saat 16:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 96 qram narkotik vasitə marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.