CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat iki nazirliyin birləşdirilməsini təklif edib

Qüdrət Həsənquliyev deyib ki, biz dövlət idarəetməsində olan şəxslərin sayını azaltmaqla onlara daha yüksək əməkhaqqı verə bilərik.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. "Bu gün islahatlara getməliyik və çalışmalıyıq ki, dövlətin idarəetmə xərcləri azaldılsın. Bu məqsədlə gələcəkdə Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilməsi müsbət addım olardı".
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
"Biz dövlət idarəetməsində olan şəxslərin sayını azaltmaqla onlara daha yüksək əməkhaqqı verə bilərik. Dövlət tərəfindən daha ciddi şəkildə onların sosial müdafəsi təşkil oluna bilər", deyə deputat əlavə edib.