RUSİYA

Suriya ordusu özünü səriştəsiz apardı - Medvedev

Medvedev deyib ki, Rusiya müəyyən dövrdə Suriyanın digər Yaxın Şərq ölkələrinin ssenarisi üzrə dağılması təhlükəsini anladığı üçün postunu tərk edən Suriya prezidenti Bəşər Əsəd hökumətinə ciddi dəstək verib.
Sputnik
BAKI, 12 dekabr — Sputnik. Suriya ordusu özünü səriştəsiz apardı və bu, dövlət idarəçiliyində yanlış hesablamaların sübutudur. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

"Daxili vəziyyət administrasiyadan, Suriyanın keçmiş prezidentinin hökumətindən, yəni Bəşər Əsəd hökumətindən asılı idi. Təəssüf ki, Suriya ordusu bu baxımdan təsirsiz idi və bu yəqin ki, hökumət idarəçiliyi zamanı edilən səhv hesablamaların sübutudur", - Medvedev bildirib.

Medvedev deyib ki, Rusiya müəyyən dövrdə Suriyanın digər Yaxın Şərq ölkələrinin ssenarisi üzrə dağılması təhlükəsini anladığı üçün postunu tərk edən Suriya prezidenti Bəşər Əsəd hökumətinə ciddi dəstək verib.
Medvedevin sözlərinə görə, Rusiya müəyyən dövrdə Əsəd hökumətinə kifayət qədər ciddi dəstək verib, çünki Suriyanın mümkün süqutunun Yaxın Şərqdəki digər ölkələrin ssenarisi üzrə bütün dünya üçün hansı təhlükələr yaradacağını anlayırdı.

"O zaman bu cür dəstək effektli idi, lakin təbii ki, daxili vəziyyət Suriyanın keçmiş prezidentinin, yəni Bəşər Əsədin hökumətindən, administrasiyasından asılı idi", - Medvedev bildirib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Suriyanın birliyinin qorunması ilə bağlı gözləntilərinin aşağı olduunu açıqlayıb.
"Bütün bunların nəticələri acınacaqlıdır, çünki indi deyilənlərə baxmayaraq, Suriyanın birliyinin qorunub saxlanacağına və bütün bu xalqların, eləcə də müxtəlif dinlərin nümayəndələrinin buna nail olacağına ümid çox azdır", - Medvedev bildirib.
Bundan əvvəl Suriyada dövlət televiziyasını ələ keçirən silahlı müxalifət nümayəndələri ölkəyə nəzarəti bərqərar etdiklərini bildirərək efirə çıxıblar. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bir neçə nazirlə ölkədə qaldığını, lakin müdafiə nazirinin harada olduğunu bilmədiklərini deyib. Baş nazir silahlı müxalifətin rəhbərliyi ilə də əlaqə qurduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsinin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək Suriyanı tərk edib, Rusiya isə danışıqlarda iştirak etməyib.
Bazar günü, dekabrın 8-də Kremldəki mənbə RİA Novosti-yə bildirib ki, Əsəd və onun ailə üzvləri Moskvaya gəliblər - Rusiya humanitar mülahizələrə əsaslanaraq onlara sığınacaq verib. Agentliyin həmsöhbəti onu da qeyd edib ki, Rusiya rəsmiləri liderləri Rusiya Federasiyasının Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.