Suriya bitdi: Digərləri hazırlaşsın
Qərbin Suriyada həyata keçirdiyi əməliyyat Yaxın Şərqdə yeni "Ərəb baharının" başlancığı olmaqla, geniş coğrafiyanı xaosa qərq edəcək prosesə çevrilə bilər.
SputnikSuriyanın süqutu ilə bağlı ən sürreal şey odur ki, izdihamlı toplantıda olan insanlar kameralara əl edərək sevinclə keçmiş liderlərinin abidələrini yıxır. Bu, sadəcə, sürətli "Titanik"i xatırladır: aysberq artıq yaxınlıqdadır, lakin orkestr çalır, hamı rəqs edir və əyləncənin tüstüsü ətrafa yayılır.
Lakin əhali meydanlarda əylənərkən, onların ölkəsi yoxa çıxır, sözün əsl mənasında dünya xəritəsindən silinir, Elə bu dəqiqə İsrail ordusu Suriyanın fabrikləri və infrastrukturunu bombalayır, hava hücumundan müdafiəsini, texnika və silah anbarlarını məhv edir. Tsaxalın tankları Dəməşq yaxınlığında görünür.
Suriya silahlı müxalifəti Dəməşqə girməmiş, İsrail ordusu "Şimal Komandanlığının həyata keçirdiyi vəziyyətin qiymətləndirilməsinə uyğun" məhdudiyyətləri ləğv edldi. Praktikada bu, İsrail ordusunun Colan təpələrini ələ keçirməsinə gətirib çıxardı və ölkənin baş naziri Benyamin Netanyahu bu ərazinin "əbədi olaraq İsrailin tərkibində qalacağını" bəyan etdi. Bununla kifayətlənməyən TSAXAL əslində Suriyaya aid olan torpaqlara girərək daha da irəlilədi.
Əslində Colan təpələri də Suriya ərazisidir, lakin bir neçə müharibənin nəticəsi olaraq İsrail bu torpaqların bir hissəsini işğal edə bilib. Qarşılıqlı qırğın yalnız 1974-cü ildə, çoxdan əziyyət çəkən ərazi neytral, silahsızlaşdırılmış zona kimi tanındıqda dayandı. Sakinlər onu tərk etdi və BMT sülhməramlıları əraziyə nəzarətə götürdü.
İstənilən təxribat və gərginliklərə rəğmən, Colan təpələri ilə bağlı razılaşma işə yarayır və bölgədə nisbi sülh şəraiti təmin olunurdu. İndi İsrail tərəfi bunu açıq şəkildə pozub. Ərəb ölkələrindən dərhal reaksiya verilib. Misal üçün Qətər bəyan edib ki, "İsrailin Suriyadakı vəziyyətdən istifadə etməsi və onun suverenliyini pozması qəbuledilməzdir". Ankara 1974-cü il müqaviləsinin pozulmasının yolverilməzliyinə işarə edib.
Netanyahu isə bununla razılaşmır. O, "Suriya ordusu mövqelərini tərk etdiyi üçün bu razılaşma artıq mövcud deyil" deyib.
Buna dərhal ABŞ-dan dəstək gəldi: Dövlət Departamenti Suriya ərazilərinin İsrail ordusu tərəfindən işğalına rəğbətlə yanaşdı. Departament rəsmisi Metyu Miller, "Suriya ordusu mövqelərini tərk etməklə boşluqlar yaratdı ki, bu boşluq da İsraili təhdid edəcək terror qrupları tərəfindən doldurula bilərdi" dedi.
Gözəl ifadələr səsləndirilsə də, onların arxasında sadə müdaxilə və Suriya ərazilərinin ilhaqı dayanır. Məsələ ilə bağlı Rusiya anlaşıqlı mövqe nümayiş etdirir. O Suriya ərazi bütövlüyünün və birliyinin qorunması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və ehtiyacı olanlara humanitar yardımın çatdırılmasını istəyir. RF-in BMT Təhlükəsizlik Şurasındakı (TŞ) nümayəndəsi Vasili Nebenzya hesab edir ki, TŞ-nin üzvləri bu məsələdə həmrəydir.
Suriya məsələsi regionun bütün ölkələrinə, o cümlədən ən firavan ölkələrə maraqlı dərslər verir. Amerikalıların Suriyanı sanksiyalarla boğmaq və yerli silahlı müxalifəti dəstəkləmək kimi sistemli siyasəti öz bəhrəsini verdi. Amerika mediasındakı başlıqlara baxmaq kifayətdir ki, onların baş verənləri öz qələbəsi kimi dəyərləndirməsi aydın olsun.
Və bu başa düşüləndir: ABŞ yeganə ölkədir ki, onun üçün regionda xaos ruha balzam kimidir. Hamı bir-biri ilə savaşır, kapital isə dollara doğru qaçır, Amerika isə öz hegemonluğunu daha bir müddət uzadır.
Bu məntiqə görə, amerikalılar bundan sonra başqa ölkələri də münaqişə ocağına atmağa başlayacaqlar. Xaos uşaqları yandıran Moloch kimi yeni qurbanlar tələb edir. Ona görə də region ölkələri ərəb baharının yeni mərhələsinə hazırlaşmalıdırlar.
Üstəlik, bu məngənəyə bölgənin ən firavan ölkələri də düşə bilər. Xüsusən də Tramp vəd etdiyi kimi, neft qiymətlərinin aşağı düşməsinə nail olarsa. Karbohidrogenlərin qiymətlərinin aşağı düşməsi, sanksiyalar - və bir neçə ildən sonra həmin Körfəz ölkələrinin əvvəlki rifahından heç nə qalmayacaq. Sonra isə qeybdən oyuna silahlı müxalifət atılacaq. Onun silahları isə Mərkəzi Kəşfiyyat İdarəsi və MI6 tərəfindən təmin ediləcək.
İndi bu, ağlasığmaz görünsə də, vəziyyəti anlamaq üçün Vaşinqtonun müttəfiqlərinə neçə dəfə xəyanət etdiyini xatırlamaq kifayətdir. 20 il əvvəl firavan, şən Dəməşqin indiki taleyini proqnozlaşdırmaq mümkün idimi?
Körfəz ölkələri və digər ərəb dövlətləri bu problemin fərqindədirlər, ona görə də ABŞ-la münasibətlərlə yanaşı yeni ittifaqlar yaratmağa, BRİKS kimi birliklərə qoşulmağa çalışırlar. Hamı başa düşür ki, Amerika hegemonluğu əbədi deyil və bu gün "Amerikadan sonra" dünyada tək qalmamaq üçün regiondakı və planetin ətrafındakı qonşularla münasibətlər qurmaq lazımdır.
Və yalnız İsrail rəhbərliyi özünü "bizdən sonra dünya dağılırsa - dağılsın" prinsipi ilə yaşayır. Lakin ABŞ bütün vassallarına xəyanət etdiyi kimi bir gün bu ən yaxın müttəfiqini də təslim edəcək. Bəs onda bütün nəhəng müsəlman dünyasını özünə qarşı çevirməyi bacaran kiçik bir ölkənin taleyi necə olacaq?
Ona görə də hamı səbirsizliklə BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qərarını gözləyir. Hazırda əsas vəzifə onun Liviyaya çevrilməsinin qarşısını almaqdır. Çünki əks halda oradan xaos bütün regiona yayılaraq Yaxın Şərqi, ondan sonra isə bütün dünyanı yeyəcək.