RUSİYA

Mişustin Rusiyanın MDB-də sədrliyinin prioritetlərini açıqladı

Rusiyanın baş naziri könüllülüyün dəstəklənməsi, "fondların, könüllülərin və ictimai birliklərin ümumi işə cəlb edilməsində" sistemli əməkdaşlığın artırılmasının zəruriliyini qeyd edib.
Sputnik
BAKI, 12 dekabr — Sputnik. Rusiyanın baş naziri Mixail Mişustin Rusiyanın MDB-də sədrliyinin prioritetlərinin ərzaq və enerji təhlükəsizliyi, rəqəmsallaşma və ticarətin inkişafı məsələlərini əhatə etdiyini açıqlayıb.
Moskvada Mixail Mişustinin sədrliyi ilə MDB Hökumət Başçıları Şurasının iclası keçirilir.

"Rusiyaya sədrlik çərçivəsində biz MDB-nin İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin həyata keçirilməsinə diqqət yetirmişik. Burada ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, sənaye əməkdaşlığının genişləndirilməsi, işgüzar fəallığın stimullaşdırılması və rəqəmsallaşma kimi sahələr üzərinə işləyirik", - Mişustin dedi.

Bundan əlavə, Rusiyanın baş naziri könüllülüyün dəstəklənməsi, "fondların, könüllülərin və ictimai birliklərin ümumi işə cəlb edilməsində" sistemli əməkdaşlığın artırılmasının zəruriliyini qeyd edib.
Rusiya 2024-cü ildə MDB-yə sədrlik edir. Moskvanın sədrlik planına 150-dən çox tədbir daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.