BAKI, 12 dekabr — Sputnik. Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin hökumət başçıları nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.
Moskvada Bauman adına Moskva Dövlət Texniki Universitetinin konqres mərkəzində Rusiyanın baş naziri Mixail Mişustinin sədrliyi ilə MDB hökumət başçılarının iclası keçirilib.
"Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlər arasında nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq haqqında Memorandum" MDB Hökumət Başçıları Şurasının iclasının yekunlarına dair sənədlərin imzalanması mərasimi zamanı elan edilib.
MDB ölkələrinin hökumət başçıları həmçinin penitensiar xidmətlər üçün kadr hazırlığı haqqında saziş imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.