RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Mareş Avropa məkanında parçalanmanın dərinləşməsində maraqlıdır - Zaxarova

Zaxarova deyib ki, Mareşin bu cür ifadələri "sanki bir ekoloqun neft emalı zavodunun tullantılarını dənizə atacağını deməsidir.
Sputnik
BAKI, 12 dekabr — Sputnik. "ATƏT-in kvazi-nümayəndəsi" təşkilata üzv ölkələr arasında münasibətlərin uyğunlaşdırılmasında deyil, Avropa məkanında parçalanmanın dərinləşməsində maraqlıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi Petr Mareşin sözlərini şərh edərkən deyib.
O xatırladıb ki, ATƏT-ə hazırkı sədrliyinin Ukrayna üzrə xüsusi nümayəndəsi Petr Mareş Ukraynanı gələcək tərəfdaşlığa Aİ və NATO-ya üzvlüyə hazırlayacağını deyib.

"Vaxtilə dəyişməz konsensus qaydasına əsaslanan təşkilat Rusiya və Belarusun rəyindən yan keçərək müəyyən bir adamı "təyin edir" və ATƏT-in bu kvazi-nümayəndəsi iki ölkə ilə münasibətlərin uyğunlaşdırılması ilə məşğul olmur, əksinə Avropa məkanında parçalanmanı dərinləşdirməklə və ATƏT-ə üzv dövlətlərin heç yarısını da əhatə etməyən militarist blok strukturlarının xeyrinə oynamaqla məşğul olur," - Zaxarova Telegram kanalında yazıb.

Onun sözlərinə görə, bu, ATƏT-in nəyə çevrildiyini xarakterizə edir. Zaxarova həmçinin deyib ki, Mareşin bu cür ifadələri "sanki bir ekoloqun neft emalı zavodunun tullantılarını dənizə atacağını deməsidir, yanğınsöndürən isə yanğını dayandırmayacağına söz verib.
"Xatırlatmaq istəyirəm ki, ATƏT-in abbreviaturasındakı iki hərf hərf "təhlükəsizlik" və "əməkdaşlıq" mənasını verir - belə görünür ki, Qərb "yeni normalara uyğun modernləşdirilmiş kodlaşdırma təyin etməyə çalışırlar: "dəlilik" və "intihar"", - Zaxarova fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.