BAKI, 12 dekabr — Sputnik. Bakıda dəm qazından üç ölüm hadisəsi baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, onlardan biri Batamdar qəsəbə sakini, 236 saylı məktəbin şagirdi Elcan Əsədlidir. O, yaşadığı evdə dəm qazından boğularaq həyatını itirib. Bu barədə Sputnik Azərbaycan-a onun dostları məlumat verib.
Bundan başqa ötən gecə saat 01 radələrində 1966-cı il təvəllüdlü İbrahimova Vəfa Nəcəf qızı Binəqədi rayonunda yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb. Paytaxt sakini 32 yaşlı Elnurə Abbasova da yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib. Bu barədə Qafqazinfo.az saytı məlumat yayıb.
Qeyd edək ki, ötən ay 14 nəfər dəm qazından zəhərlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.