Mətbuat mərkəzi

Sputnik PRO: 2024-cü ildə "Telegram" xəbər kanalının fəaliyyəti üçün mükəmməl iş sxemi

"Telegram"da nələr dəyişib, xəbər kanallarınln fəaliyyət göstərməsi niyə çətinləşib.
Sputnik
Son illərdə "Telegram" kanalları tam hüquqlu informasiya ekosisteminə çevrilib. Ənənəvi və onlayn KİV-lərin redaksiyaları tendensiyalardan kənarda qalmayıb və bu istiqamətə rəhbərlik edən bütöv şöbələr yaradıblar.
Son vaxtlar "Telegram"da nələrin dəyişdiyini, xəbər kanallarının fəaliyyət göstərməsinin niyə çətinləşdiyini, buna necə uyğunlaşmaq lazım olduğunu və abunəçiləri necə itirməmək barədə Yaxın və Baltikyanı ölkələrdəki Sputnik Multimedia Mərkəzləri Direktorluğunun rəis müavini Aleksandr Sergeyeviç Samoxvalov dekabrın 13-də, saat 12: 00-da Sputnik PRO təlim paneli zamanı Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində məlumat verəcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq: Mətbuat pr., məh.529, bina 23, mərt.4.