2025-ci ilin büdcəsinin kəsiri, əvvəlki ilin büdcəsinə nisbətən çoxdur. Bunu Sputnik Azərbaycan-a müsahibəsində iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.
Onun sözlərinə görə, bu kəsirin formalaşması sırf büdcə xərclərində vacib olan istiqamətlərin vəsaitlə təmin olunması strategiyasından irəli gəlir.
“2025-ci ilin dövlət büdcəsi də ümumilikdə qarşıda qoyulan məqsədlərin həyata keçirilməsinə yönəldilibdir. Burada prioritet məqsəd kimi sırf sosial yönümlü layihələrin həyata keçirilməsidir, əhalinin sosial müdafiyəsinin möhkəmləndirilməsidir. 2025-ci il üçün 1 milyard manatdan çox əlavə vəsait nəzərdə tutulub”, - Atakişiyev deyib.