BAKI, 10 dekabr — Sputnik. Rusiya xüsusi əməliyyatın məqsədlərinə çatmağa yaxındır, Ukrayna ordusu dağılmaq ərəfəsindədir və Vladimir Zelenski rejimi legitimliyini və nəticədə danışıqlar aparmaq qabiliyyətini tamamilə itirib.
Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
Narışkin Rusiyanın "Razvedçik" jurnalına müsahibəsində "cəbhədəki vəziyyət Kiyevin xeyrinə deyil" deyib.
"Bütün sahələrdə strateji təşəbbüs bizə məxsusdur, biz məqsədlərimizə çatmağa yaxınıq, Ukrayna Silahlı Qüvvələri isə dağılmaq ərəfəsindədir və Zelenski rejimi öz legitimliyini və nəticə etibarilə, danışıqlar aparmaq üçün öz hüquqlarını tamamilə itirib" - Xarici Kəşfiyyat Xidmətinin direktoru bildirib.
Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin xəbərdarlıq edir ki, Qərb öz üstünlüyünü saxlamaq üçün ekstremal tədbirlər görməyə hazırdır və ortamüddətli perspektivdə episentri Avrasiya ilə qlobal müharibəyə başlamağa cəhd edə bilər.
Narışkin bildirib ki, postsovet məkanı ABŞ və Britaniya kəşfiyyat xidmətlərinin hücumları üçün prioritet sahə olaraq qalır.
"Qərb ölkələrimiz arasında təkcə iqtisadi, siyasi deyil, həm də dərin tarixi və humanitar əlaqələri kəsmək kimi iddialı məqsəd qoyub. Baxmayaraq ki, onlar üçün idarət etmək parçalamaq, xaos yaymaqdır və sonra özlərini gücdən salınmış xalqlara təhlükəsizliyin təminatçısı kimi təqdim etmək deməkdir. Ukrayna nümunəsində bu aydın görünür" - Narışkin bildirib.