BAKI, 10 dekabr — Sputnik. Türkiyənin energetika naziri Alparslan Bayraktar çərşənbə axşamı bildirib ki, noyabrda Türkiyədə hasil edilən neftin həcminə görə yeni rekord müəyyən edilib.
"Noyabrda neft hasilatı rekordu qırılıb - ümumilikdə 3 milyon 425 min barel hasil edilib" - nazir İstanbulda keçirilən forumda bildirib.
Onun sözlərinə görə, bu həcmin yarısı 2021-ci ildə Qabarda aşkar edilmiş və gündəlik hasilatı 61 min barel neft təşkil edən yataqda hasil edilib.
Türkiyənin cənub-şərqindəki Qabar dağlarındakı bu yatağa gəlincə, martın əvvəlində hasilat sutkada cəmi 37 min barel təşkil edirdi. Amma KİV-dəki məlumata görə, Türkiyənin dövlət neft şirkəti olan Turkish Petroleum (TPAO) ilin sonunadək orada gündəlik hasilatın həcmini 100 min barelə çatdırmağı planlaşdırırdı.
Bu ilin aprelində Bayraktar demişdi ki, Türkiyənin Şırnak vilayəninin Qabar dağı bölgəsindəki neft quyularında gündəlik hasilat 40 min bareli ötüb. Hədəf ilin sonuna qədər bu rəqəmi 100 min barelə çatdırmaqdır.