BAKI, 9 dekabr — Sputnik. Dekabrın 10-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 10-da kimlər anadan olub?
Nəbi Xəzri (1924 - 2007) - Azərbaycan şairi, nasiri, dramaturq, tərcüməçi və Azərbaycan SSR xalq şairidir.
Anatoli Tarasov (1918 - 1995) - rusiyalı xokkeyçisi, futbolçu və bu idman növləri üzrə məşqçidir. O, SSRİ-nin əməkdar idman ustası və SSRİ-nin əməkdar məşqçisidir.
Anatoli Tarasov
© Sputnik / Дмитрий Донской
Vsevolod Blinkov (1918 – 1987) - Rusiya futbolçusu, xokkeyçisi və məşqçidir. O, çevikliyi və yüksək sürəti ilə seçilib.
Avqusta Ada Kinq (1815 - 1852) – İngiltərə riyaziyyatçısı və yazıçısıdır. O, Çarlz Bebbic tərəfindən təklif olunan mexaniki ümumi təyinatlı kompüter olan Analitik Mühərrik üzərindəki işi ilə məşhurdur. Avqusta həmçinin "sikl" terminini də ilk dəfə tətbiq edib.
Avqusta Ada Kinq
© Photo : public domen
Nikolay Nekrasov (1821 - 1878) - Rusiya şairi, yazıçısı və publisistdir. O, daha çox "Rusiyada kim yaxşı yaşayır", "Şaxta, qırmızı burun", "Rusiya qadınları", "Məhkəmə" kimi əsərləri ilə tanınır.
Nikolay Nekrasov
© Photo : public domen
Mixail Rumyantsev (1901 - 1983) - rusiyalı sirk artisti, aktyor və SSRİ xalq artistidir. O, "Karandaş" təxəllüsü ilə tanınıb.
Nikolay Rumyantsev
© Photo : public domen
10 dekabr tarixində dünyada baş verən tarixi hadisələr
1817-ci ildə Missisipi ABŞ-ın 20-ci ştatı olub.
1848-ci ildə Lui Napoleon Bonapart Fransanın ilk prezidenti seçilib. O, təxminən 75 faiz səs toplayıb.
1901-ci ildə ilk dəfə olaraq "Nobel" mükafatları verilib. Mükafatın təsisçisi Alfred Nobel fizika, fiziologiya, kimya və ədəbiyyat üzrə mükafatların təqdim olunmasını vəsiyyət edib.
1948-ci ildə BMT Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edib. 1950-ci ildən 10 dekabr İnsan Hüquqları Günü kimi qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.