AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ermənistanla razılığa gəlmək mümkündür - nazir müavini

Xarici işlər nazirinin müavini deyib ki, Ermənistan dövlətçiliyinin əsasları xalqın milli hədəflərini ehtiva edir.
Sputnik
BAKI, 10 dekabr — Sputnik. Ermənistan hökuməti 30 ildə öz sərhədlərini müəyyənləşdirməyib.
Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, ölkə konstitusiyasında qeyd olunur ki, Ermənistan dövlətçiliyinin əsasları xalqın milli hədəflərini ehtiva edir:
"Ermənilərin milli ideologiyası isə odur ki, Qarabağ Ermənistanın bir hissəsidir. Ermənistan 30 ildə öz sərhədlərini müəyyənləşdirmədi və İkinci Qarabağ müharibəsindən sonra bu məsələlər hələ də qalır. Biz hələ də beynəlxalq məhkəmələrə bu cür məsələləri çıxarmamaları ilə bağlı danışıqlar aparırıq. Azərbaycana qarşı aqressiyalara baxmayaraq, Ermənistanla razılığa gəlmək mümkündür. İnanıram ki, qarşı tərəf səsimizi eşidəcək, Qafqazda sülhə və tərəqqiyə nail olacağıq" nazir müavini əlavə edib.