BAKI, 10 dekabr — Sputnik. Rusiya ölkə daxilində insan haqlarına riayət etməklə Qərbin informasiya hücumlarına cavab verməlidir. Bunu dövlət başçısı Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının (İHŞ) üzvləri ilə videobağlantı vasitəsilə ənənəvi görüşdə deyib.
Toplantı hər il dekabrın 10-da bütün dünyada qeyd olunan Beynəlxalq İnsan Hüquqları Gününə təsadüf edir.
"Biz sərhədimizdən kənarda insan haqları ilə bağlı baş verənləri qınasaq da, ona raksiya verməliyik. Çünki bu, informasiya müharibəsinin bir hissəsidir, ondan qaçmaq mümkün deyil. Amma bizim ən vacib vəzifəmiz ölkəmizdə insan hüquqlarına riayət olunmasını təmin etməkdir", - prezident müşavirədə bildirib.
Rusiya prezidenti Vladimir Putin BRİKS hüquq müdafiə təşkilatının yaradılması ideyasını dəstəkləyərək, dövlətin onun səmərəli fəaliyyəti üçün hər şeyi edəcəyini qeyd edib.